Azərbaycan Televiziyasında yayımlanan “Sevginin ünvanı” çoxserialı televiziya layihəsinin son bölümünün təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində AzTV sədri Rövşən Məmmədov, serialın yaradıcı heyəti, media nümayəndələri, sənət adamları və digər şəxslər iştirak edib.
Layihənin rəhbəri Həmid Əsədzadə bildirib ki, bu, kino sahəsi üçün uğurlu bir işdir:
"Mövzu olaraq çox maraqlıdır. Ümid edirəm ki, biz bu zərərli vərdişlərdən əziyyət çəkənlərə mesaj göndərə bilmişik və mesajımız doğru ünvanlara çatıb".
Real hadisələr əsasında çəkilən serialda əsas mövzu narkomaniya və erkən nikahla mübarizədir. Serialda narkomaniya, erkən nikah, gender qeyri-bərabərliyi və qadınlara qarşı şiddət kimi problemlərə toxunulur.
Serialın quruluşçu rejissoru Zaur Zeynal, ssenaristi Leyla Qədirzadə, quruluşçu operatoru Aqşin Rzayev, prodüseri Nicat Həsənlidir. Layihənin rəhbəri isə Həmid Əsədzadədir.