AzTV-TRT-TİKA arasında arxiv materiallarından səmərəli istifadə ilə bağlı əməkdaşlıq davam edir.

Sözügedən sahədə imzalanan memorandum çərçivəsində qardaş Türliyədən daha bir heyət Azərbaycan Televiziyasına dəvət olunub. 

Beş nəfərdən ibarət heyət Televiziyaya təlim məqsədilə gəlib. TRT-nin peşəkar arxivçiləri 67 il ərzində toplanmış materialların rəqəmsallaşdırılması prosesinin peşəkar şəkildə həyata keçirilməsinə dəstək olacaqlar. Bu sahədə bilik və təcrübələrini bölüşəcəklər. Onlar heca-heca, naxış-naxış  görülən iş prosesini bütün mürəkkəbliyi ilə AzTV əməkdaşlarına aşılayacaqlar.