İsrail hökuməti media qurumlarını, əsasən də Qətərin Əl-Cəzirə telekanalının yəhudi dövlətindəki bürosunu bağlamağa və yayımı dayandırmağa imkan verəcək qaydaları təsdiqləyib.

Əl-Cəzirə telekanalının yerli bürosunun bağlanması barədə təklif SAXAL və İsrailin təhlükəsizlik xidmətləri tərəfindən razılaşdırılmalıdır. Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra Rabitə Nazirliyi telekanalın yəhudi dövləti ərazisində yayımının dayandırılması, ofisinin bağlanması və avadanlıqlarının müsadirəsi ilə bağlı əmr verməli və dərhal icra etməlidir.

Oktyabrın 16-da İsrailin “Mossad” kəşfiyyat xidməti yəhudi dövlətinin rabitə naziri Şlomo Karinin Əl-Cəzirə telekanalının yerli bürosunun bağlanması barədə təklifini dəstəkləyib. Nazir Qətər telekanalını HƏMAS hərəkatına dəstək verməkdə ittiham edib.