Xankəndi stadionunun inşasına 1955-ci ildə başlanılmış və 1956-cı ildə istifadəyə verilmişdir. Stadion ilk dəfə İosif Stalinin, bir neçə il sonra isə Stepan Şaumyanın adını daşımışdır. 1991-ci ildə şəhərin tarixi adı qaytarıldıqdan sonra "Xankəndi şəhər stadionu" adlandırılmışdır.

SSRİ dövründə stadionda Qarabağ Xankəndi futbol klubu ev oyunlarını keçirib.

2023-cü ildə Xankəndi Azərbaycanın nəzarətinə qaytarılıb. Növbəti mövsümdən etibarən "Qarabağ Ağdam" klubu  Azərbaycan Premyer Liqasında ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilməsi haqqında Azərbaycan mətbuatında məlumat yayılıb. Bunun üçün ilk növbədə stadionda müəyyən bərpa işlərinin həyata keçirilməsi planlaşdırılır.