İraqda Qarabağdan bəhs edən iki kitab nəşr olunub

İraqda Qarabağdan bəhs edən iki kitab nəşr olunub

11 Noyabr, 10:21 Sosial mediada paylaşın:

İraq Tədqiqatlar Mərkəzinin rəhbəri, Azərbaycan-İraq Dostluq Cəmiyyətinin sədri, profesor Moataz Muhi Əbdülhəmidin Azərbaycanın İraqdakı səfirliyinin dəstəyi ilə Qarabağa həsr etdiyi iki kitabı işıq üzü görüb.

Professor apardığı tədqiqatların nəticəsi olaraq ərəb dilində yazdığı “Şuşa - Azərbaycanın incisi” kitabında bu qədim şəhərin tarixinə, yetişdirdiyi görkəmli azərbaycanlıların həyat və fəaliyyətinə toxunub. Qeyd olunub ki, Şuşa şəhəri Azərbaycanın tarixində və ictimai-siyasi həyatında mühüm rol oynayıb. Ermənilərin iddialarına baxmayaraq, bütün tarixi mənbələr, toponimlər və şəhərdə baş verən tarixi hadisələr Şuşanın Azərbaycana məxsus olduğunu sübuta yetirir.

İkinci kitab isə “Qarabağ - hərbi və siyasi qələbə“ adlanır. Bu kitabda müəllif erməni işğalından və 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın Azərbaycan Ordusu tərəfindən azad olunmasından bəhs edir. Nəzərə çatdırılır ki, Ermənistan BMT və digər beynəlxalq təşkilatların Qarabağın azad olunması ilə bağlı qərar və qətnamələrinə məhəl qoymayaraq, Azərbaycan torpaqlarını işğalda saxlamaqda davam edirdi. Lakin Azərbaycan xalqı bu ədalətsizliyə dözmədi və 30 ildən sonra öz torpaqlarını işğaldan azad etdi.

Yaxın günlərdə Bağdadda hər iki kitabın təqdimat mərasimi keçiriləcək.

CANLI YAYIM