AzTV komandası işğalda olan QIZILHACILIDA

AzTV komandası işğalda olan QIZILHACILIDA

16 Noyabr, 14:22 Sosial mediada paylaşın:

AzTV komandası 31 il sonra ilk dəfə Qazaxın işğalda olan Qızılhacılı kəndindən reportaj hazırlayıb.
 
Kəndin bir hissəsi Ordumuzun, digər böyük hissəsi isə Ermənistan silahlı birləşmələrinin nəzarəti altındadırir. Sözügedən kənddən “AzTV Xəbər” proqramına birbaşa bağlanan müxbir Günel Habilqızı bildirib ki, Ermənistan ordusu işğal müddətində kəndin bütün evlərini, tikililərini və infrastrukturunu dağıdıb, kəndi xarabalığa çevirib.

Kadrlarda bir hissəsi Qızılhacılı kəndində yerləşən Coğazçay su anbarının qurudulduğu göstərilib.

Qızılhacılı kəndindən hazırlanmış geniş reportja bu axşam "AzTV Xəbər" proqramının 20:00 buraxılışında baxa bilərsiniz.
 

CANLI YAYIM