Ermənistanın Türkiyə ilə sərhəddə tikdiyi keçid məntəqəsinin inşası yekunlaşır

Ermənistanın Türkiyə ilə sərhəddə tikdiyi keçid məntəqəsinin inşası yekunlaşır

18 Noyabr, 09:16 Sosial mediada paylaşın:

“Türkiyə ilə sərhəddə “Marqara" keçid məntəqəsinin tikintisi gələn həftə başa çata bilər”.

Bunu jurnalistlərə açıqlamasında Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan deyib.

O, işlərin tədricən yekunlaşdığını bildirib.

Qeyd edək ki, bu il mayın 27-də bildirilmişdi ki, Ermənistan Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsinin tikintisinə hazırlaşır.

Onun sözlərinə görə, səlahiyyətli orqanlar işin keyfiyyətinə, vəsaitlərin xərclənməsinə ciddi nəzarət edir: “Çalışırıq ki, sui-istifadə halına yol verilməsin”.

R. Badasyan Ermənistan-Türkiyə sərhədinin açılma vaxtı ilə bağlı məsələlərə münasibət bildirməyib və bunun onun səlahiyyətinə aid olmadığını qeyd edib.

CANLI YAYIM