Ankarada Beynəlxaq Türk Mədəniyyəti Təşlilatı - TÜRKSOY-un yaradılmasının 30 illik yubileyi qeyd olunub.
Tədbirə TÜRKSOY-a üzv olan dövlətlərin diplomatik nümayəndələri və dövlət rəsmiləri qatılıblar.
Musiqi kollektivləri tədbirin bədii hissəsində konsert proqrqmı ilə çıxış ediblər. Qala konsertdə Azərbaycanı istedadlı musiqiçilərimiz - tarzən Ruslan Zərbaliyev və kamança ifaçısı Pərviz Fərhadov təmsil edib. Musiqiçilərimiz 2016-cı ildən - TÜRKSOY orkestrı yaranandan təşkilatın müxtəlif tədbirlərində Azərbaycanı layiqincə təmsil edirlər. Tədbirin təşkilatçıları tərəfindən onların fəaliyyəti yüksək qiymətləndirilərək TÜRKSOY-un yaranmasının 30 illik yubiley medalı, döş nişanı və diplomla təltif olunublar.
Qeyd edək ki, tarzən Ruslan Zərbaliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, kamança ifaçısı Pərviz Fərhadov isə Azərbaycan Milli Konservatoriyasının müəllimidirlər. Onlar ölkəmizi xarici ölkələrdə, beynəlxalq müsabiqələrdə layiqincə təmsil edirlər.