30-dan çox layihə, 45 film, 248 milyon sosial şəbəkə əhatəsi... - AZTV 2023-CÜ İLİN HESABATINI TƏQDİM EDİB

30-dan çox layihə, 45 film, 248 milyon sosial şəbəkə əhatəsi... - AZTV 2023-CÜ İLİN HESABATINI TƏQDİM EDİB

28 Dekabr, 16:46 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, qurumun nəzdində fəaliyyət göstərən üç televiziya kanalı – AzTV, Mədəniyyət TV və İdman TV, həmçinin 2 radio – Azərbaycan Radiosu, Beynəlxalq Radio 2023-cü ildə ümumi hesabla 30-dan çox layihəni izləyicilərə təqdim edilib.

Yeni verilişlər sırasında “Drop Money”(düşən pullar), “Otuz ikidən biri”, “Akustik”, “Görüş yeri” və digərlərini sadalamaq olar. 18 sənədli, 5 bədii, 22 qısametrajlı film olmaqla ümumilikdə 45 film ərsəyə gətirilib. Bunlar arasında Ulu Öndər Heydər Əliyevə həsr olunan  “El bilir ki...”, “Əsrin Lideri” serialları, narkotiklə mübarizəni özündə ehtiva edən “Sevginin ünvanı” serialı, xərçənglə mübarizə aparanlara dəstək olmaq məqsədilə ərsəyə gətirilən “Sən hələ uşaqsan” filmi və s. var. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin ilboyu hazırladığı videoçarxların ümumi sayı 500-dən, anonslar isə 1200-dən çoxdur.

27 sentyabr-8 noyabr aralığını əhatə edən 44 gün ərzində şəhid övladlarının iştirakı ilə videoroliklər çəkilərək vətəndaşlara təqdim edilib. Bundan başqa, şəhidlərə və qazilərə həsr olunmuş qısametrajlı bədii-sənədli filmlər istehsal olunub. “Bir dəstə gül” filmi də bu qəbildəndir. Qarabağın işğaldan azad olunmasının üçüncü ildönümü münasibətilə 8 Noyabr - Zəfər Günü də daxil olmaqla müxtəlif əlamətdar günlərdə vətəndaşlara AzTV-nin istehsal etdiyi filmlər təqdim edilib. “Zəfər bayrağı” və digərləri bu siyahıdadır.

2023-cü il ərzində Mədəniyyət TV-nin efirində ümumi hesabla 15 verilişin yayımına start verilib. Bunlar arasında “Kino Evimizdə”, “Qızıl Fond”, “Monoloq”, “Özümüzdən danışaq”, “A-dan Z-yə”, “Sözümüz sözdür”, “Şərqilər” və s. layihələrin adını çəkmək olar. Bundan əlavə 2023-cü il ərzində Mədəniyyət TV-nin efirində 10-dan çox festival yayımlanıb. 2023-Heydər Əliyev ili çərçivəsində “Sən elə bir zirvəsən” silsilə verilişlər, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş silsilə konsertlər Mədəniyyət TV-nin efirindən tamaşaçılara təqdim edilib.

2023-cü il ərzində İdman TV-nin efirində 3 yeni veriliş, 4 sənədli film tamaşaçılara təqdim olunub. Almaniya Bundesliqasının ikinci dövrəsinin oyunlarının, Avqustdan isə təkcə Avropanın deyil, dünyanın bir nömrəli milli futbol çempionatı – İngiltərə Premyer-Liqasını canlı yayımlayıb. Cüdo üzrə dünya və Avropa çempionatları, “Böyük Dəbilqə” və Qran-Pri turnirləri, eləcə də ölkədaxili yarışların İdman TV-də yayımı təşkil edilib. Telekanalın yayımladığı mötəbər yarışlar arasında “Formula-1” də yer alır.

Azərbaycan Radiosu 2023-cü ildə 10-dan çox yeni layihəyə imza atıb. 2023-ci ilin “Heydər Əliyev ili”  elan olunması ilə əlaqədar radioda Ümummilli Liderin həyat və fəaliyyətinə həsr edilən “Ulu öndər Heydər Əliyevin kəlamları”, “Heydər Əliyev əsri”, “Əbədiyyətə bərabər 100 il”, “Heydər Əliyevin Azərbaycanı, “ Heydər Əliyev1923-2023” başlıqlı rubrikalar hazırlanaraq efirdə yayımlanıb.

10 dildə yayım təşkil edən Beynəlxalq Radioya Audiovizual Şuranın növbədənkənar iclasının qəbul etdiyi qərarla oktyabrın3-də Qarabağda yayım üçün lisenziya verilib. 2023-cü ildə əldə olunan vacib nailiyyətlərdən biri də radionun 24 saatlıq yayıma keçməsi olub.

AzTV QSC-nin 2023-cü il üzrə kommunikasiya strategiyasının əsas məqsədləri milli maraqların, mədəni irsin, dil normalarının qorunması, etik çərçivələrə riayət etmək şərtilə efir və sosial şəbəkə kontentinin yaradılması, həmçinin materialların hazırlanması ilə müzakirə mövzularının təyin edilməsi prosesində vətəndaş marağının nəzərə alınması olub. 2023-cü il ərzində Heydər Əliyev ili çərçivəsində hazırlanan videoparçaların ümumi sayı 299 olub ki, bu materiallar da sosial şəbəkələrdə  475262 nəfər tərəfindən baxılıb. Bu mövzuda 2023-cü il ərzində sosial şəbəkə izləyicilərindən 63339 reaksiya gəlib. Qərbi Azərbaycan kəndləri ilə bağlı sosial şəbəkələr üzrə 81 material və 57 canlı yayım təşkil edilib ki, bu istiqamət üzrə baxış sayı 285636-dır. Ümumi hesabla 70886 reaksiya daxil olub. Azad olunmuş ərazilərə köçmövzusunda yayımlanan materiallar 2023-cü ildə vətəndaşlar tərəfindən maraqla izlənilib. Kontent sosial şəbəkələr üzrə 3836157 baxış sayı və 1617183 reaksiya yığıb. Azad olunmuş ərazilərdən görüntülər yayımlanıb ki, bu da sosial şəbəkələr üzərindən 4120113 baxış və 344493 reaksiya yığıb. “Qızıl Fond” üzrə yayımlanan videomateriallar 201043 dəfə baxılıb və 122884 reaksiya yığıb. Sosial reportajlarvətəndaşlar tərəfindən maraqla qarşılanıb və bunun göstəricisi sosial şəbəkələrdə özünü qabarıq formada göstərib. 2147642 baxış və 14465 reaksiya.

AzTV QSC-nin sosial şəbəkələr üzrə əsas göstəricilərinə gəlincə, “Youtube” platforması üzərindən paylaşımın çatdığı izləyici sayı 172881285, yeni izləyici sayı 197371, şərhlərin ümumi say isə 311443 olmuşdur. Abunələr 400000-i ötmüşdür. Yerləşdirilən materialların ümumi sayı 38579 olmuşdur ki, bu da gün ərzində ortalama 108 materialın paylaşılması deməkdir. “Facebook” platforması üzərindən yayımlanan materialların çatdığı izləyici sayı 18270385, reaksiya sayı 767631, yeni izləyici sayı isə 86440 olmuşdur. “İnstagram” üzərindən də analoji artım müşahidə edilmişdir. Ümumilikdə AzTV QSC-nin yalnız “facebook”, “youtube” və “instagram” kanalları üzrə ümumi auditoriya sayı 215963099 olub.

AzTV QSC-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin yayımladığı press-relizlər üzrə ümumi link sayı 64221-dir. AzTV QSC-nin sıx əməkdaşlıq etdiyi saytlarda yayımlanan materialların 99,8%-i QSC-nin fəaliyyətini müsbət yöndə təbliğ edir. Bu istiqamətdə göstərdiyi dəstəyə görə sayt və informasiya agentliklərinə minnətdarlığımızı bildiririk.

QSC-yə məxsus AzTV, Mədəniyyət TV, İdman TV, Azərbaycan Radiosu və Beynəlxalq Radionun ümumilikdə bir əsrə yaxın dövr ərzində formalaşmış zəngin audiovizual arxiv materiallarının keyfiyyətli, etibarlı və uzunmüddətli qorunub saxlanması işinin təkmilləşdirilməsi, əksər hissəsi Azərbaycan xalqının maddi-mənəvi sərvətinə çevrilmiş həmin materialların rəqəmsallaşdırılması və vahid bazasının yaradılması məqsədilə aktiv fəaliyyət aparılıb. Bu işdə AzTV heyəti Türkiyəli mütəxəssislərlə birlikdə fəaliyyət göstərib və proses 2024-cü ildə də davam etdiriləcək. “Qızıl Fond”un “youtube” səhifəsi istifadəyə verilib, arxiv materialların elektron lisenziyalarının alınması üzrə işlər gedir.

2023-cü il ərzində AzTV-nin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün bir sıra işlər görülüb. 2022-ci ildə yaradılan rəqəmsal operativ arxiv sistemi (200 terabayt), 1.2 petabayt həcmdə LTO-8 standartlı maqnit-lentli arxiv sistemi 2023-cü ildə tam istifadəyə verilib. Xüsusi proqram təminatı vasitəsilə müxtəlif daşıyıcılarda olan materialların arxivləşdirilməsi və qeydiyyatına başlanılıb.  Radio Verilişləri Kompleksinin (Azərbaycan Radiosu və Beynəlxalq Radio) yenidən formalaşdırılaraq AES67 standartının tələblərinə cavab verən IP texnologiyası əsasında yeni infrastruktur istifadəyə verilib. Şəbəkə avadanlıqlarının bir qismi yenilənərək, müasir şəbəkə təhlükəsizliyi və idarəetmə sistemi (firewall) tətbiq edilib. AzTV QSC-nin əməkdaşlarının işgüzar fəaliyyət effektivliyini artırmaq və işgüzar bazanın dərinləşdirilməsi məqsədilə 6 dəst yeni qeyri-xətti montaj sistemi, 2 dəst qrafik stansiya, 30 ədəd masaüstü kompüter, həmçinin digər vacib avadanlıq və ehtiyyat hissələri alınıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin fəaliyyətinin bölgələrdə yaşayan ictimaiyyət tərəfindən necə qiymətləndirilməsinin öyrənilməsi məqsədilə Analitik qrup üzvlərinin səfərləri reallaşdırılıb. Ümumilikdə 1000-dən çox insan arasında sorğu keçirilib, hər bir görüşlə bağlı hesabat, sorğu anketinin cavablarına uyğun olaraq reytinq siyahısı hazırlanaraq ictimaiyyətə təqdim edilib.

Beynəlxalq münasibətlərin inkişafı istiqamətində atılan işlərə gəlincə, TRT-nin mütəxəssisləri AzTV-də təcrübə mübadiləsi aparıblar, AzTV-nin rəhbər və mütəxəssis heyəti isə Türkiyədə təlim-təcrübə, əməkdaşlıq istiqamətində görüşlər reallaşdırıb. Digər ölkələrin televiziya kanalları ilə də təcrübə mübadiləsi proqramlarının həyata keçirilməsi üçün danışıqlar aparılıb. İctimai Siyasi proqramların kontenti zənginləşdirilərək beynəlxalq miqyasda ekspert bazasın toplanıb, dünyanın müxtəlif ölkələrinin dövlət rəsmiləri ilə canlı yayımlar təşkil edilərək vətəndaşlara təqdim edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. 2019-cu ildən QSC-də uğurlu islahatlar başlayıb, qurumun nəzdində fəaliyyət göstərən TV kanalları rebrendinq olunub.Bütün sosial şəbəkələr sıfırdan yaradılıb və təkcə 2023-cü il ərzində auditoriyanın sayı 248 milyonu ötüb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 2024-cü ildə də iş keyfiyyətini, şəffaflığı və izləyici məmnunluğunu artırmaq üçün var gücü ilə çalışacaq.

 

CANLI YAYIM