AzTV-nin Sosial Media qrupunun təqdimatında: "ERKEÇ ƏMƏLİYYATI"

AzTV-nin Sosial Media qrupunun təqdimatında: "ERKEÇ ƏMƏLİYYATI"

28 İyun, 09:42 Sosial mediada paylaşın:

Erkeç - Azərbaycan Respublikasının Goranboy rayonu Mənəşli kənd inzibati ərazi dairəsində yerləşir.

Bu kənd əvvəllər Talış nahiyəsinə aid olub. Kəndin adı 1727-ci il Osmanlı qaynağında keçir. 1828-ci ildə Azərbaycanı işğal etmiş ruslar tərəfindən kəndin ərazisinə İrandan ermənilər köçürülüb.

Qarabağ müharibəsinin başladığı dövrdə kənddə yaşayan ermənilər silahlanaraq qonşu Azərbaycan kəndlərinə silahlı basqınlar təşkil edərək insanları öldürməyə, onların evlərini yandırmağa başlayıblar. Azərbaycan Ordusunun 1991-ci ilin yayında həyata keçirdiyi hücum nəticəsində kənd erməni quldurlarından təmizlənib. Döyüş zamanı mühasirəyə düşən dəstə xüsusi peşəkarlıqla təxliyyə edilib...

Veteran döyüşçülər - Elmar Hüseynov, İlham Rüstəmov və Bayram Muxtarov həmin dövrü belə xatırlayırlar.

Daha ətraflı videodan izləyə bilərsiniz.

CANLI YAYIM