Rusiyada “Çerepovets” fabrikinin istehsal etdiyi kibrit qutusunun üzərində “Xankəndi” sözü yazılıb.

Bununla bağlı sosial şəbəkələrdə foto paylaşılıb.

Fabrikin 2019-cu ildə istehsal etdiyi kibrit qutusunun üzərində də “Qarabağ Azərbaycanın dogma torpağıdır” (Karabax rodnaya zemlya Azərbaycan) sözləri yazılmışdı.

Qeyd edək ki, direktoru Oleq Dal olan kibrit fabriki 1973-cü ildə Rusiyanın Çerepovets şəhərində istifadəyə verilib.