Azərbaycandan Rusiyaya 29,3 milyon yumurta tədarük edilib

Azərbaycandan Rusiyaya 29,3 milyon yumurta tədarük edilib

26 Mart, 08:57 Sosial mediada paylaşın:

Ərzaq yumurtası tədarükü başlayandan (2023-cü ilin dekabrın 19-dan) bəri Azərbaycandan Rusiyaya 29,3 milyon ədəd yumurta ixrac edilib.

Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatında deyilir.

“Martın 18-dən 24-dək olan müddətdə Yaraq-Qazmalar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 3,9 milyon ədəd ərzaq yumurtası sonrakı satış üçün Rusiyaya daxil olub”, - "Rosselxoznadzor" bildirir.

CANLI YAYIM