Azərbaycanda 6 ayda dövlət xəttilə 230 milyon manat ipoteka krediti verilib

Azərbaycanda 6 ayda dövlət xəttilə 230 milyon manat ipoteka krediti verilib

23 İyul, 12:00 Sosial mediada paylaşın:

Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 230,3 milyon manat kredit verilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 7,8 % azalaraq 195,2 milyon manat olub.

Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 2,1 dəfə artaraq 300 milyon manat olub, 1 il bundan əvvəl olduğu kimi Fonda dövlət büdcəsindən 43,8 milyon manat vəsait ayrılıb.

CANLI YAYIM