İsveçrə-Azərbaycan biznes forumunda təqdimat keçirilib

İsveçrə-Azərbaycan biznes forumunda təqdimat keçirilib

28 İyun, 08:34 Sosial mediada paylaşın:

Azərbaycan nümayəndə heyətinin İsveçrəyə səfəri çərçivəsində iyunun 27-də Sürixdə İsveçrə-Azərbaycan biznes forumu keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, qurumun idarə heyətinin sədri Orxan Məmmədov təqdimatla çıxış edərək agentliyin fəaliyyəti, kiçik və orta biznes subyektlərinə göstərilən dəstək tədbirləri, yaradılmaqda olan yeni dəstək mexanizmləri barədə məlumat verib.

Azərbaycan və Avropa ölkələri arasında iqtisadi əlaqələrin inkişaf etdiyini, müxtəlif sahələrdə, o cümlədən sahibkarlıq sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan KOBİA rəhbəri KOB sahəsində əməkdaşlıq imkanlarını da diqqətə çatdırıb.

CANLI YAYIM