Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-nin Nyu-York şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılır.
Bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.
Məlumata görə, tərəflər BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüşürlər.
Bildirilib ki, Nikol Paşinyan sentyabrın 22-də Nyu-Yorka səfərə gedib.
Sonuncu dəfə Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyan bu il yayın əvvəlində telefonla danışıb.