“Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı Ukraynadan Bakıya nümayəndə heyəti təşrif buyurub. İlk dəfə gələnlər Bakının bu qədər gözəl olduğunu təsəvvür etmədiklərini söylədilər”.

Bu sözləri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq üzrə elmlər doktoru Hikmət Cavadov Azərbaycan Televiziyasının "Çıxışa doğru" verilişində bildirib. 

H.Cavadov qeyd edib ki, Ukraynada yaşayan azərbaycanlılar vətənimizdə gedən bütün prosesləri diqqətlə izləyirlər: “Onlar Azərbaycanla nəfəs alırlar. Bağlı olduqları strukturda da bir səfir kimi ölkəmizin təbliğatını aparırlar”.