Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir. Sessiyanın Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından əhəmiyyəti və UNESCO-Azərbaycan əlaqələri saat 15.30-da Ətayə Ələmdarqızının təqdimatında "Rakurs" verilişində müzakirə olunacaq. Verilişin qonaqları Milli Məclisin deputatı, mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva, UNESCO-nun qeyri-mədəni irs üzrə eksperti Sənubər Bağırovadır.

Bu gün saat 15.30-da "Rakurs" verilişinə baxmağı unutmayın!