Bu gün saat 21:30-da “Əsas məsələ” Tok şousunda aparıcılar Natəvan Osmanlı və İsmayil Abdullayevin təqdimatında 2-ci Avropa Oyunlarının nəticələri, Azərbaycan idmançılarının "Minsk -2019"-dakı uğurları müzakirə olunacaq.
Verilişin qonaqları Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bagirov, Milli Olimpiya Komitəsinin Marketinq İdarəsinin müdiri Mehman Kərimov, Gənclər və İdman Nazirliyinin
Idman şöbəsinin müdiri Fərid Mansurov və Milli Olimpiya Komitəsinin idman idarəsinin müdiri Həsənaga Rzayev mövzu ətrafında maraqlı söhbətlər edəcəklər.
Bu gün saat 21:30-da “Əsas məsələ” Tok şousuna baxmağı unutmayın!