Qış mövsümündə əhalini fasiləsiz mavi yanacaqla təmin etmək məqsədilə paytaxtətrafIı kənd və qəsəbələrində işlər davam etdirilir. Bu çərçivədə Xəzər rayonunda yeni salınan “Atçılıq” yaşayış massivinə mavi yanacaq verilib.
Bununla da “Atçılıq” yaşayış massivinin qazlaşdırılmasının ilkin mərhələsi başa çatıb. Bu mərhələdə 471 fərdi yaşayış evi qazla təmin olunub. Növbəti mərhələdə isə 436 fərdi yaşayış evinə qazın verilməsi nəzərdə tutulur.
Qazla təmin olunan təkcə “Atçılıq” yaşayış massivi deyil. Bu il dövlət proqramı çərçivəsində Bakıətrafı ərazilərdə yerləşən ümumilikdə 22 yeni yaşayış massivinə də mavi yanacağın verilməsi nəzərdə tutulub. Onların da böyük əksəriyyətində işlər artıq yekunlaşıb.
2020-ci ildə qaz xətləri olmayan yaşayış massivləri də mavi yanacaqla təmin ediləcək.
Sabir Bilalov