"Tarixin izi ilə" verilişində Azərbaycanın XIX əsr ictimai ədəbi mühitinin görkəmli nümayəndələrindən olan Abasqulu Ağa Bakıxanov haqqında danışılacaq. Ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan Abasqulu Ağa Bakıxanov Azərbaycan tarixinə görkəmli maarifçi, Azərbaycan tarixşünaslığının əsasını qoymuş şəxs kimi düşmüşdür. Verilişdə onun həyatı, elmi və ədəbi yaradıcılığı haqqında tarix elmləri doktoru Şahin Fazil, filologiya elmləri doktoru Paşa Kərimov və Bakıxanovlar nəslinin tədqiqatçısı Xəyalə Məmmədova (Əyriçalmalı) məlumat verəcək.
Bu gün saat 14:20-də Mahir Qəribovun təqdimatında “Tarixin izi ilə” verilişinə baxmağı unutmayın!