Azərbaycan Televiziyası 2020-ci ilin ilk həftəsini retrospektiv bayram nümayişinə həsr edib.

Belə ki, AzTV-nin ən baxılan verilişlərinin ən maraqlı buraxılışları 1-6 yanvar tarixlərində yenidən efirdə olacaq.

Gününü “Telesəhər”lə açanlar hər gün 11:40-da “Gün Ellə səyahət” verilişinə baxıb yurdumuzun ən səfalı guşələrinə virtual səyahət edə biləcək.

Hər gün 12:00-da “Qazan manqal” verilişi efirdə olacaq.

Sözü olanlar üçün isə hər gün 13:00-da “Sözüm var” verilişi yayımlanacaq.

Gəncləri də unutmamışıq. Hər axşam 19:00-da “Gənclik stansiyası” efirə gedəcək.

Azərbaycan Televiziyasının ən sevilən verilişlərindən biri – “1 Az TV” verilişinə isə hər axşam 21:30-da baxa bilərsiniz.

22:00-da “Belə belə işlər” verilişinin ən maraqlı buraxılışları efirdə olacaq.

Gününüzü hər gecə - 00:00-da “Ağ&Qara” verilişi ilə yekunlaşdıra bilərsiniz.