Bu günlərdə Yeni Bakı Limanı fərqli mənzərəyə bürünüb. Liman başdan-başa cəhrayı rəngə boyanıb.
Belə ki, hər il olduğu kimi, bu il də çox sayda köçəri quşlar Bakı Limanı ətrafında özlərinə məskən salıblar. Onların arasında 150-yə yaxın flaminqo da var.
Flaminqo nadir, sayı azalmaqda olan, qışlayan və köçəri quş növüdür. Afrikadan tutmuş Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərində yayılan flaminqolar Xəzərdə və bütün iri daxili su hövzələrində qışlayırlar.
Duzlu göllərdə və dəniz körfəzlərində məskunlaşırlar. Buna səbəb isə yüksək duzluluğu olan sularda flaminqoların əsas qidası olan xərçəngkimilərinin geniş yayılmasıdır.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı hər zaman təbiətin qorunmasına böyük önəm verir və vəhşi təbiətin qorunması üçün Ümumdünya Təbiəti Mühafizə Fondu kimi şirkətlərlə əməkdaşlıq edir. Gələcəkdə bu cür layihələri davam etdirməyi planlanlaşdırır.
Vəfa Ağabalayeva