Bu axşam – 20 yanvar tarixində saat 21:40-da Azərbaycan Televiziyasında “Şəhidlər” adlı film-kompozisiya nümayiş olunacaq.

Ekran işində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsi ilə bağlı danışılacaq.

1990-cı il 20 yanvar gecəsinin dəhşət dolu anları sənət adamlarının, şahidlərin və qazilərin dilindən eşidiləcək.