“Könüllülər ili” çərçivəsində “Aqrar İnkişaf Könüllüləri” təşkilatı yeni layihənin icrasına başlayıb. “Gənc əkinçilər” adlı layihənin təqdimatı Lənkəranda keçirilib.

Layihənin əsas məqsədi gənclərə bitkilərə düzgün aqrotexniki qulluq, gübrələrdən qaydalara uyğun istifadə etmək, zərərvericilərə və xəstələliklərə qarşı mübarizə tədbirlərini öyrətməkdir.

“Aqrar İnkişaf Könüllüləri”nin nümayəndəsi Jalə Abiyevanın sözlərinə görə, təşkilat 50 region üzrə fəaliyyət göstərir: “3 min könüllümüz və 3 məqsədimiz var: aqrar könüllülərə dəstək göstərmək, aqrar sektor üçün kadrlar yetişdirmək və innovativ metodların tətbiqi ilə məşğul olmaq”.

Layihənin ilk günü iştirakçılar “Toxum emalı və toxumun saxlanılması qaydaları”, ikinci günü “Əkin və suvarma sistemləri”, “Bitki zərərvericilərinə və xəstəliklərə qarşı mübarizə” mövzularında təlimlərdə iştirak ediblər.

Sonuncu gün isə çay plantasiyasında olublar. Burada onlara çayın əkin texnologiyası, becərilmə qaydaları və emal prosesi barədə ətraflı məlumat verilib. 

3 günlük layihənin sonunda iştirakçılara sertifikat verilib.

Pərvanə Nəhmətqızı