Azərbaycab Prezidenti İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, M.Çavuşoğlu Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltif edilib.