Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.
Agentlikdən verilən məlumta görə, həmin gün mərkəzlərdə yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti üzrə vətəndaşlara hazır sənədlərin təhvil verilməsi həyata keçiriləcək. “ASAN Kommunal” mərkəzlərində də bazar günü qeyri-iş günüdür.
Hazırda Azərbaycanda 16 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır.Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.