Azərbaycan Televiziyasının əməkdaşları bölgələrdə səsvermə prosesindən süjet hazırlayıblar.
Əməkdaşlarımızın sözlərinə gröə, 47 saylı Mingəçevir seçki dairəsində parlament seçkiləri yüksək səviyyədə təşkil olunub. Bu Seçki Dairəsi üzrə 30 seçki məntəqəsi yaradılıb və 37 745 seçici qeydə alınıb. Seçici aktivliyi müşahidə olunur.
Seçki məntəqələrinin 12-də vebkamera quraşdırılıb. Bundan əlavə, səsvermə prosesini 394 nəfər yerli və beynəlxalq müşahidəçi izləyir.
Seçki məntəqələrində “Exit Poll” təşkil edilib.
Zaqatala rayonunda isə 110 saylı seçki dairəsi üzrə 47 seçki məntəqəsi, 111 saylı seçki dairəsində 44 seçki məntəqəsi fəaliyyət göstərir. Seçki məntəqələri zəruri texniki vasitələrlə təmin olunub. 15 seçki məntəqəsində veb-kamera da quraşdırılıb.
110 saylı Zaqatala seçki dairəsi üzrə 48 209 nəfər, 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə 46 923 nəfər seçici var. Seçkilərdə 18 yaşı bitən gənclər ilk dəfə səsvermə prosesində iştirak etməyin həyəcanını yaşayıb.
Səsvermə prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.
62 saylı Saatlı seçki dairəsi üzrə 39 seçki məntəqəsinin 8-də veb-kamera quraşdırılıb. Seçki prosesini həm də 605 müşahidəçi izləyir.