“Mərkəzi Seçki Komissiyasının “Qaynar xətt”inə 280-ə yaxın müraciət daxil olub”.
Bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib. Bildirib ki, müraciətlər arasında texniki, sorğu xarakterli olanları da var.
“Lakin aralarında araşdırma başlamağımıza səbəb olacaq hallar barədə müəyyən məlumatlar da var. “Qaynar xətt”ə daxil olan məlumatlar rəsmi olamasa da, MSK hamısına tam ciddiliklə yanaşır. Komissiya üzvləri daxil olan hər hansı xırda ehyamı belə ətraflı şəkildə araşdırır. Yaxın günlərdə MSK-nın araşdrımasının və araşdırmaların nəticəsinə adekvat olaraq atdığı addımların – bu addımlar hətta kəskin də ola bilər – şahidi olacaqsınız”, - deyə R.Qasımov vurğulayıb.