Prezident İlham Əliyev İqor Anatolyeviç Ponomaryovun “Şöhrət” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, o, Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə bu ordenə layiq görülüb.