Koronavirusla mübarizə üçün xarici ölkələrlə təcrübə mübadiləsi məqsədilə Çin və Azərbaycan nümayəndələri arasında videokonfrans keçirilib.

Çinli ekspertlər ölkələrində koronavirus epidemiyası ilə bağlı mübarizə haqqında təqdimat edib və tövsiyələrini veriblər. Onlar diqqətə çatdırıb ki, hazırda Çində vəziyyət sabitləşir və aparılan diaqnostikaya əsasən, yoluxanların 80%-də virusun yüngül forması aşkarlanıb. Çin nümayəndələri Azərbaycanın göstərdiyi dəstəyə görə, minnətdarlıqlarını da bildiriblər. Görüşdə 6 ölkənin nümayəndələrini maraqlandıran suallar çinli ekspertlər tərəfindən cavablandırılıb.