Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının fəaliyyəti ilə tanış olub.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
Prezident İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində martın 4-də Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında iştirak edib.
Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev muzeylə tanış olub.
Tovuzda, həmçinin Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub.
Prezident İlham Əliyev açılışda iştirak edib.
Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev muzeydə yaradılan şəraitlə tanış olub.
Tovuzda Dövlət Rəmzləri Muzeyinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevə muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.