Azərbaycan Televiziyasının “Hədəf” verilişində, milli-mənəvi dəyərlərimizin, tariximizin qorunması ilə bağlı dövlətimizin apardığı siyasət müzakirə olunub. Bildirilib ki, dəyərlərimizin, tariximizin qorunmasında cənab Prezident İlham Əliyevin siyasətinin müstəsna rolu var.
Verilişin qonaqları, tarix elmləri doktoru, deputat Anar İsgəndərov və fəlsəfə üzrə fəlsəfə doktoru, deputat Fazil Mustafa, müzakirəyə Prezident İlham Əliyevin Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışında muzeyin eksponatları ilə tanış olarkən nümayiş olunan tarixi xəritələrlə bağlı iradlarının yer aldığı sujeti izləməklə başlayıblar.
Qeyd edək ki, Prezident İlham Əliyev muzeydə Azərbaycan tarixi ilə bağlı xəritədə qədim şəhərlərimizin qeyd olunmamasına irad tutub, bu halların yolverilməz olduğunu bildirib.
“Hədəf” verilişinin tam versiyasını “YouTube” kanalımızdan izləyə bilərsiniz.