AzTV-nin “Hədəf” verilişinin bugünkü buraxılışında koronavirus infeksiyasının dünya geosiyasətinə mənfi təsirləri, epidemiyanın iqtisadiyyatda, siyasətdə tənəzzül yaratması ilə yanaşı, cəmiyyətə göstərdiyi təsirlər müzakirə olunub. Bildirilib ki, bütün hallarda ən aktual məsələ təbii ki, insanların sağlamlığının qorunmasıdır.
Verilişin qonağı, TƏBİB-in Yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev hazırda Azərbaycanda epidemiyanın səviyyəsi, dövlətin virusla mübarizə istiqamətində görülən tədbirlərindən danışıb. O, bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, koronavirusa qarşı lazımi tədbirlər görülüb və bu davam etdirilir. TƏBİB rəsmisi vəziyyətin nəzarət altında olduğunu qeyd edib.
Verilişin digər qonağı, Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev isə virusla bağlı panika yaradan xəbərlərin cəmiyyətə təsirlərindən danışıb. O, vurğulayıb ki, təşvişə düşmək yolverilməzdir. Çünki bu, koronavirusdan daha təhlükəlidir.
Verilişin tam versiyasına mətnin içərisindəki videodan baxa bilərsiniz.