“Nəsillərin debatı”nın növbəti buraxılışı bu dəfə fərqli bir məkandan tamaşaçıların görüşünə gələcək. Debatın qonaqları Gənclər Fondunun Gənclərlə İş Şöbəsinin müdiri Orxan Ərəbov, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin direktoru Murad Ağabəyli, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov, “Yay-Fest” Azərbaycan Festivalının iştirakçısı Fəridə Əlizadə region və paytaxt gənclərinin dostluq mühitindən, şəbəkələşmə prinsiplərindən, festivalların bu məsələdə əhəmiyyətindən danışacaqlar.

İyulun 23-ü saat 13:30-da Nailə Babayevanın təqdimatında “Nəsillərin debatı”na baxmağı unutmayın!