Hörmətli tamaşaçılar, Azərbaycan Televiziyası Ermənistanın 26 ildir ki, işğal altında saxladığı Ağdam haqqında “Azərbaycanın AĞ DAMI” adlı film hazırlayıb. Filmdə rayonun dünənindən, işğal tarixindən, qəhrəman övladlarından, Ulu öndər Heydər Əliyevin Ağdama diqqət və qayğısından, Prezident İlham Əliyevin qətiyyəti ilə bu gün rayonun işğaldan müdafiə olunan hissəsində aparılan abadlıq-quruculuq işlərindən, ağdamlıların qələbəyə inamından bəhs olunur. Filmə bu gün saat 22-30-da baxa bilərsiniz.