Aztv.az xəbər verir ki, bu sözləri baş nazirin müavini Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer ilə keçirdiyi görüşdə səsləndirib.
Diqqətə çatdırıb ki, bir çox məsələlərdə maraqlarımız üst-üstə düşür. Bu da əməkdaşlıq üçün ələvə imkanlar yaradır. Baş nazirin müavini xüsusilə iqtisadi əməkdaşlıqdan danışaraq bildirib ki, Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsində ABŞ şirkətləri yaxından iştirak edir.
“ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini güclü şəkildə dəstəkləyir”. Bu fikri isə səfir Örl Litzenberqer səsləndirib.
“Azərbaycanın regionda və daha geniş aləmdə oynadığı rol, eyni zamanda təhlükəsizlik sahəsində Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata töhfəsi və bu istiqamətdə beynəlxalq səyləri və sadiqliyi tərəfimizdən yüksək dəyərləndirilir” – deyə səfir bildirib.