Ölkəmiz “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşulub.

Prezident İlham Əliyev “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanununu imzalayıb. Qanuna əsasən, Azərbaycan 2013-cü il noyabrın 7-də Banqkok şəhərində imzalanmış “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə müvafiq bəyanatla və qeyd-şərtlə qoşulub.