Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və şəhər sakinlərinin təhlükəsizliyini təmin etmək üçün Bakıda genişmiqyaslı dezinfeksiya işləri həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən, Bakı Abadlıq Xidməti tərəfindən bağlar və parklar, küçələr, dayanacaqlar və digər ictimai yerlər mütəmadi olaraq dezinfeksiya olunur.