"3-5 faiz şəxslər var ki, onlar xüsusi karantin rejimini pozmağa cəhd göstəriblər”.
Bunu Daxili İşlər Nazirliyi (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında deyib. DİN rəsmisi xüsusi karantin qaydalarına əməl etməyənlərdən danışarkən bildirib ki, öz xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının üzərinə avtomobillərini sürənlər, polisə soyuq silahla xəsarət yetirənlər olub: “Bu cür hallarla bağlı 13 fakt üzrə cinayət işi başlanıb, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma zamanı müəyyən olunur ki, karantin qaydalarını pozan şəxslərin bəziləri bilməyərəkdən bunu edirlər. Lakin bəziləri də var ki, qərəzli, məqsədyönlü şəkildə karantin qaydalarını pozurlar. Onlar da qanun qarşısında cavab verirlər, barələrində ən ciddi tədbir görülür”.