“Əsas məsələ” tok-şousunun bugünkü buraxılışında yerli və əcnəbi mütəxəssislərin iştirakı ilə ermənilərin zaman-zaman tarixi Azərbaycan torpaqlarında törətdikləri vandalizm aktlarından, İrəvan xanlarının “Sərdar” sarayını və digər maddi mədəniyyət nümunələrimizi məhv etməkdəki əsl məqsədlərindən bəhs ediləcək.
Bakıda Heydər Əliyev mərkəzində təşkil olunmuş “Tarixin şah əsərləri” adlı sərginin əhəmiyyətindən danışılacaq. Elnar Məmmədli və Natavan Osmanlının təqdimatında verilişə bugünkü proqramımızda baxa bilərsiniz.