“Ötən iki həftə ərzində koronavirusa yoluxma sayı azalsa da, yumşalma dövründə bir az artım oldu. İki zidd tendensiya müşahidə edildi”.
Bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həkimlərin səyi nəticəsində vəziyyət nəzarət altına alınıb. Bundan başqa, İ.Məmmədov yoluxma hallarının yüksək olduğu 4 şəhərdə karantindən çıxmanın tədricən həyata keçiriləcəyini deyib: “Digər ərazilərdə isə yüksək sürətlə çıxış olacaq”.