“Bakıda koronavurusa yoluxma ən çox Yasamal və Sabunçu rayonlarında qeydə alınıb”.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirilən brifinqdə məlumat verib.
Bildirib ki, Yasamalda bir neçə ocaq müəyyənləşmişdi: “Bir nəfər çoxlu sayda insanı yoluxdurmuşdu. Ümumilikdə, Yasamalda 22,7 %, Sabunçuda 14%, Binəqədidə 13,5%, Nəsimidə 12,6%, Xətaidə 7,7%, Nərimanovda 6,8%, Nizamidə 5,8% Suraxanıda 5,3%, Xəzər rayonunda 4,5%, Qaradağda 3,5%, Səbaildə 2,8%, Pirallahıda isə 0,8 faiz yoluxma qeydə alınıb”.