"Biz məmurun ölkədən kənarda əmlak almasını qadağan etməliyik. Məmura sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qanunla qadağandır, amma biz bunu icra etməliyik. "Maraqlar toqquşması" haqqında qanunu qəbul etməliyik".

Bu sözləri “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əlməmməd Nuriyev Azərbaycan Televiziyasının (AzTV) "Çıxışa doğru verilişində deyib. 

Ə.Nuriyev qeyd edib ki, yerli icra hakimiyyəti orqanlarını yerli regional idarəetmə forması ilə əvəzlənməsi məsələsini də nəzərdən keçirmək olar: "Bəlkə də yerli icra hakimiyyəti orqanlarını yerli regional idarəetmə formasına qaldırmalıyıq. Bəlkə də bələdiyyələrin səlahiyyətini artırmalıyıq. Antikorrupsiya mədəniyyətini inkişaf etdirməliyik".