Azərbaycan Televiziyasının "Hədəf" proqramının bugünkü buraxılışında ölkədə aparılan islahatlar, eləcə də pandemiyaya qarşı həyata keçirilən effektiv siyasət, preventiv tədbirlər, sosial proqramlar müzakirə olunub.

Proqramda iştirak edən "Yeni Müsavat" Media Qrupnun rəhbəri Rauf Arifoğlu bildirib ki, Azərbaycanda dəyişikliklər çoxşaxəlidir: "Dəyişikliklər yalnız DTX-nın apardığı həbslərdən ibarət deyil. Yeni çağırışlara cavab verməyənlər vəzifədən azad olunurlar. Nazirlər Kabineti və Prezident Administrasiyasında yenilənmələr oldu, daha sonra növbədənkənar parlament seçkiləri ilə parlament dəyişdi. Hakimiyyətin bütün qollarındakı bu yenilənmələr ölkəmizdə mövzu və müzakirə platformaslarını da genişləndirdi. Azərbaycan prezidenti artıq elə mövzulara toxunur, elə tənqidlər edir ki, müxalifət liderləri elə danışımır. Prezident bir lokomativ kimi həm tənqid edir, prosesi aparır, həm də lazım gəldikdə cəza verir, xalqın dəstəyini alır. Xüsusilə qeyd etmək lazımdır ki, bu dəyişikliklər dövründə prezident müxalifətin böyük bir hissəsini də özünə müttəfiq edə bildi".