"Şuşanın, Laçının ermənilər tərəfindən işğalında Rəhim Qazıyev həlledici rol oynadı. Bu, birmənalıdır". Bunu deputat Fəzail Ağamalı Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişində deyib.

Deputat bildirib ki, o zaman Xankəndindən Şuşaya gedən yol minalanmışdı: "Rəhim Qazıyevin tapşırığı ilə o minaların hamısı söküldü, yol minasızlaşdırıldı. Bundan sonra Şuşa iki tərəfdən böyük hücuma məruz qaldı. Bir tərəfdən ermənilər Laçın istiqamətindən, digər yandan isə Xankəndindən hücum etdilər. Şuşada qalan məhdud sayda vətənpərvər, döyüşən insanlar ciddi müqavimət göstərdilər, fədakarcasına şəhid oldular, yaralandılar. Beləliklə də Şuşa işğal edildi. Cənab Prezident çox düzgün qeyd edir ki, Şuşanın işğalında Rəhim Qazıyevin oynamış olduğu rol müstəsnadır". Mən başa düşmürəm, o başına niyə güllə vurmadı? Demişdi ki, Şuşa getsə başıma bir güllə vuracam".