“Mədəniyyət” kanalında yeni - “Kod 22” layihəsi işıq üzü görüb
Müəllif və xüsusi layihələr departamenti tərəfindən hazırlanan verilişdə tarixin ən müəmmalı sirləri, elmin işıq tütduğu faktlar bir daha araşdırılacaq.
“Kod 22”nin rejissoru və müəllifi Zaur Zeynal, aparıcısı Səbinə Bayramova, redaktoru Gülşən Məlikova, rejissor assistenti Günay Qaibova, prodüseri Pəri Muxtarovadır.
Dünyada baş verən qeyri-adi hadisələrlə zəngin olan verilişi mütəmadi olaraq hər həftənin bazar günü saat 18:30-da izləyə bilərsiniz.