Bu gün Azərbaycan Televiziyasının “Hədəf” verilişində Milli Məclisin deputatı Qənirə Paşayeva və respublikanın baş infeksionisti Cəlal İsayev COVID-19 virusu ilə bağlı Azərbaycandakı son vəziyyəti şərh ediblər.
Prezident İlham Əliyievin açılışında iştirak etdiyi modul tipli xəstəxanaların vətəndaşların sağlamlığının qorunmasında mühüm əhəmiyyəti, koronavirusa yoluxan vətəndaşların müalicə şəraiti, əhalinin üzərinə düşən məsuliyyət hissindən danışılıb. Qadağaların yumşaldılmasından sonra yoluxmaların sayının artması və sosial məsafənin gözlənilməməsi, həmçinin, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə olunmamasının ciddi fəsadlar törədə biləcəyi xüsusi vurğulanıb. Müsahiblər qapalı şəraitdə maskalardan istifadənin zəruriliyini qeyd ediblər və bu barədə ölkə başçısının tövsiyələrinə, həkimlərin və mütəxəssislərin məsləhətlərinə əməl etməyə, şəxsi gigiyenaya laqeyd yanaşmamağa çağırıblar.