Bu gün Azərbaycan Televiziyasının “Hədəf” verilişində  Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəsi Leyla Abdullayeva, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva Avropa Parlamentinin Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində həyata keçirdiyi yeni qanunsuz layihəyə sərt reaksiyasını şərh ediblər.

Müsahiblər Avropa Parlamenti və Avropa İttifaqının birgə bəyanatını düzgün addım kimi dəyərləndirib və Ermənistanla Qarabağı birləşdirmək məqsədi güdən 3-cü magistral yol layihəsini beynəlxalq hüququn kobud şəkildə pozulması və avantürist addım kimi əsaslandırıblar. Bu sənədlə Avropa Parlamentinin ATƏT-in 2009-cu il baza prinsiplərinə dəstək verməsi faktı bir daha təsdiqlənib.

Verilişə videobağlantı vasitəsilə qoşulan Milli Məclisin deputatı, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Ermənistanın beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə məhəl qoymamasından danışıb, Avropa Parlamentinin üzvləri və məruzəçilərinin bəyanatını yüksək qiymətləndirib. O, qanunsuz yolun çəkilməsini gələcəkdə ermənilərin həmin ərazidə  məskunlaşdırılması,  Azərbaycanın təbii və milli-mədəni sərvətlərinin talan edilməsi niyyətinə xidmət etdiyini bildirib.