Prezident İlham Əliyev Şahin Abdulla oğlu Mustafayevin “Şöhrət” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Ş.Mustafayev Azərbaycan Respublikasının iqtisadi inkişafında xüsusi xidmətlərinə görə bu ordenlə təltif edilib.