Bu gün Azərbaycan Televiziyasının “Hədəf” verilişində Milli Məclisin deputatları Arzu Nağıyev və Ramil Həsən Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri, Şərq tərəfdaşlığı çəçivəsində aparılan işləri, ölkəmizin regionda və dünyada artan nüfuzunu şərh ediblər.
Prezident İlham Əliyevin Avropa İttifaqının rəhərliyi ilə apardığı mühüm müzakirələr diqqət mərkəzində olub. Avropa ölkələrinin Ermənistanın xunta rejimini və Dağlıq Qarabağdakı separatçıların əməllərini pisləməsi barədə danışıblar. Telefon bağlantısı ilə debata qoşulan rusiyalı politoloq Sergey Markov Paşinyan rejiminin çıxılmaz vəziyyətdə qaldığını tutarlı dəlillərlə əsaslandırıb. Studiyanın qonağı olan deputatlar “Çiçəklənən Ermənistan” partiyasının 250 fəalının saxlanılması, Georgi Sarukyanın deputat toxulmazlığının ləğvi və Yerevanda cərəyan edən digər hadisələr barədə də ətraflı danışıblar.
Söhbətə videobağlantı vasitəsilə qoşulan AŞPA-da Türkiyə nümayəndə heyətinin rəhbəri Akif Çağatay Kılıc Avropa ölkələrindəki ziddiyyətli hadisələr, Ermənistandakı böhran, Azərbaycanla Türkiyənin qardaş ölkə kimi müxtəlif müstəvilərdə birgə mübarizəsindən söz açıb.